Daha bir futbolçu həlak oldu – Türkiyədə
Həvəskar statuslu BAL Liqasında çıxış edən “Kahramanmaraş İstiklalspor”un daha bir futbolçusu zəlzələ nəticəsində vəfat edib.
Komanda.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Saruhan Bolat 23 yaşında ölüb.
Öncədən “Kahramanmaraş İstiklalspor”da oynayan Hakan Doğan və Taner Kahriman da zəlzələdə həlak olub.
Fevralın 6-da baş vermiş zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin