Daha bir futbolçu Fransa millisinin heyətindən kənarlaşdırıldı

Fransa millisinin heyətində dəyişiklik edilib.

Komanda.az xəbər verir ki, “Liverpul”un müdafiəçisi İbrahima Konate zədələndiyi üçün yığmadan kənarlaşdırılıb.

O, dünən Azərbaycana qarşı DÇ-2026-nın seçmə oyununda (3:0) sonadək ehtiyatda qalıb.

Onun yerinə milliyə “Marsel”in futbolçusu Benjamin Pavar çağırılıb.

Daha əvvəl millinin kapitanı Kilian Mbappe Azərbaycanla oyunda zədələndiyindən heyətdən xaric olunmuşdu.

Fransa oktyabrın 13-də səfərdə İslandiya ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button