Daha bir futbolçu AÇ-2024-ü buraxmaq təhlükəsi ilə üzləşib
Niderland millisi AÇ-2024-də Frenki de Yonqla yanaşı, daha bir yarımmüdafiəçini itirmək riski ilə üzləşib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, əzələ zədəsi olan “Atalanta”nın yarımmüdafiəçisi Ton Kopemeyners turniri buraxa bilər.
Niderland millisi AÇ-2024-də Polşa, Fransa və Avstriya ilə eyni qrupda çıxış edəcək.
26 yaşlı Kopemeyners ötən mövsümü İtaliya A Seriyasında 12 qol və 5 məhsuldar ötürmə ilə başa vurub. Niderlandlı futbolçu həm də, “Atalanta”nın Avropa Liqasını qazanmasına kömək edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin