Daha bir çempionatın qalibi müəyyənləşdi
AFFA-nın təşkil etdiyi U-13 qızlar Liqasında 2018/19 mövsümünə yekun vurulub.
Komanda.az xəbər verir ki, Abşeron Olimpiya Kompleksində keçirilmiş 3-cü yer və final oyunlarından sonra mükafatçı komandalar məlum olub.
Finalda rəqibini 2:0 hesabı ilə məğlub edən Bakının 8 №-li İOEUGİM komandası liqanın qalibi olub. “Amasiya” (Bakı) ikinci, “Neftçi” PFK (Bakı) üçüncü pilləni tutub.
Final oyunundan dərhal sonra mükafatlandırma mərasimi təşkil olunub. Mükafatları AFFA-nın Məşqçilər Komitəsinin üzvü, veteran futbolçu Yaşar Vahabzadə, Azərbaycan milli komandasının sabiq üzvü Zaur Ramazanov və AFFA-nın Qadın Liqaları şöbəsinin rəhbəri Emin Cəfərov təqdim ediblər.
Liqanın bombardiri rəqib qapılarından 70 qol keçirən Günay Azayeva (“Babadağ”, İsmayıllı) olub. Ən yaxşı qapıçı Ramilə Süleymanova (“Neftçi” PFK), ən yaxşı oyunçu Mələk Hacıyeva (8 №li İOEUGİM) seçilib. “Feyt pley” mükafatı “Amasiya” komandasının üzvü Aytac Mirzəyevaya təqdim olunub.
Bizi Facebook-da izləyin