Daha bir azərbaycanlı paralimpiyaçı Tokio-2020-yə lisenziya qazandı

Azərbaycanlı pauerliftinqçi Pərvin Məmmədov Tokio-2020 Yay Paralimpiya Oyunlarına vəsiqə qazanıb.

Komanda.az xəbər verir ki, 49 kq çəki dərəcəsində mübarizə aparan Məmmədov bu uğura Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya kubokunda nail olub. O, 157 kq nəticə göstərərək, yarışı 4-cü yerdə başa vurub. Beləliklə, həm dünya kubokunda, həm də reytinq xalları qazandıran əvvəlki yarışlarda yüksək nəticə əldə edən Məmmədov Tokio-2020-də Azərbaycanı təmsil edəcək.

Bu, Azərbaycan Milli Paralimpiya Komitəsinin idmançılarının sayca 19-cu lisenziyası olub. Onlardan 8-i atletika, 4-ü parataekvando, 3-ü üzgüçülük, 2-si güllə atıcılığı, 2-si isə pauerliftinq növündəndir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button