Daha bir azərbaycanlı idmançı Tokio-2020 ilə vidalaşdı
Daha bir azərbaycanlı idmançı Tokio Yay Olimpiya Oyunlarında mübarizəni dayandırıb.
Komanda.az xəbər verir ki, üzgüçü Maksim Şemberev qarışıq üsulla 400 metr məsafəyə yarışda uğursuz çıxış edib. Maksim 4 dəqiqə 19,40 saniyəlik nəticə ilə ikinci təsnifat qrupunu sonuncu – 8-ci sırada tamamlayıb.
O, digər qrupların nəticələrindən də asılı olaraq, ilk 8-liyə düşə bilmədiyi üçün finala çıxmaq şansını itirib.
Bundan əvvəl cüdoçular Kəramət Hüseynov, Aişə Qurbanlı, pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçmada Ruslan Lunyov, boksçu Tayfur Əliyev Tokio-2020-də mübarizəni dayandırıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin