Daha bir almaniyalı məşqçi Rusiya klubu ilə yollarını ayırdı
Daniel Farke Rusiyanın “Krasnodar” komandasında baş məşqçi vəzifəsindən ayrılıb.
Komanda.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
46 yaşlı almaniyalı mütəxəssin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib. Klub onunla birlikdə köməkçiləri ilə də vidalaşıb.
Farke yanvarın 13-də baş məşqçi təyin olunmuşdu. Bir neçə gün öncə “Lokomotiv”in almaniyalı baş məşqçisi Markus Gisdol da istefa vermişdi. Onların istefasına Rusiyanın Ukraynaya hərbi təcavüzü səbəb göstərilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin