“Daha artığını etmək lazım idi” – Samir Abasov
“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Premyer Liqanın 6-cı turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 0:1 hesabı ilə məğlub olduqları oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Zirə”ni təbrik edirəm. Rəqibin azlıqda qalmağı kənardan rahat görünə bilər. Üstünlüyümüz var idi. Amma bundan yararlanmaq çətin idi. Rəqib 10 nəfərlə qaldığı üçün qapanır. Belə olan halda maksimum 2-3 qol vəziyyəti yaratmaq olur. İki dənə yüz faizli qol epizodu yaratdıq. Bunları qola çevirə bilmədik və nəticədə buradan xalla dönə bilmədik. İndi düşünürəm ki, kaş rəqib azlıqda qalmazdı. “Zirə” 11 nəfərlə olsaydı, bəlkə də başqa cür oyun gedərdi. Futbolçular bacardıqlarını etdilər. Düzdür, bir az artığını etmək lazım idi. Hələ mövsümün əvvəlidir. Bu gün yenə gələn futbolçular oynayırdı. Onlara bir az vaxt lazımdır. Ümumi olaraq pis oynamırdıq. Oyuna nəzarəti ələ keçirmişdik. Məni məyus edən məqam odur ki, ən azı bir qol vura bilərdik.
Hakimlikdən danışmaq istəmirəm. Mənə verilən qırmızı vərəqədən sonra qərarı gözləyirəm. Məndən əvvəlki qırmızı vərəqələrə baxın. Mənim etdiyim daha yumşaq idi. Məsələn, Murad Musayevin etdikləri. Bundan sonra çıxarılan qərarlara baxıb danışacam”.
Bizi Facebook-da izləyin