“Daha aqressiv və inamlı oynamalı idik” – “Nant”ın futbolçusu

“Köklənmə ilə bağlı problem yaşadıq və bunun bədəlini ödədik”.

Komanda.az xəbər verir ki, bu sözləri Fransa “Nant”ının futbolçusu Samuel Mutussami Bakıda “Qarabağ”a 0:3 hesabı ilə uduzduqları UEFA Avropa Liqasının 2-ci tur matçından sonra klubun rəsmi telekanalına müsahibəsində deyib.

26 yaşlı yarımmüdafiəçi müdafiədə kobud səhvlərə yol verdiklərini deyib:

“Halbuki daha aqressiv və inamlı oynamalı idik. Çox qol buraxırıqsa və bunu həll edə bilmiriksə, deməli, həmişə belə olacaq”.

“Qarabağ” qrupda növbəti oyununu oktyabrın 6-da Yunanıstanda “Olimpiakos”a qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button