Daha 2 sabiq futbolçunun adı Premyer Liqanın Şərəf Zalına daxil edildi
İngiltərə millisinin sabiq futbolçuları Con Terri və Endi Koulun adları Premyer Liqanın Şərəf Zalına daxil edilib.
Komanda.az xəbər verir ki, bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb.
Endi Koul İngiltərə çempionatında meydana çıxdığı 415 oyunda 187 qol vurub, 69 assistlə yadda qalıb. O, karyerası ərzində “Mançester Yunayted”, “Nyukasl”, “Blekbern”, “Mançester Siti” və “Sanderlend” klublarının şərəfini qoruyub.
Con Terri isə 492 oyunda rəqib qapılarına 41 dəfə yol tapıb, 16 qola məhsuldar ötürmə verib. Müdafiəçi karyerası ərzində “Çelsi” və “Aston Villa” kollektivlərində çıxış edib.
Hər iki futbolçu 5 dəfə İngiltərə çempionu olublar.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin