Daha 2 ölkənin milli komandası Rusiya ilə oyunlardan imtina etdi
Futbol üzrə Norveç və Uels milli komandaları Rusiya yığması ilə oynamaqdan imtina etdiklərini açıqlayıblar.
Komanda.az xəbər verir ki, bu barədə Norveç Futbol İttifaqı və Uels Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb. Buna səbəb Rusiyanın Ukraynaya hərbi müdaxiləsi göstərilib.
Daha əvvəl Polşa, İsveç, Çexiya, İngiltərə və Albaniya futbol federasiyaları Rusiya millisinə qarşı oyunlarda iştirak etməyəcəklərini açıqlamışdılar.
FİFA Rusiya millisinin Rusiya Futbol İttifaqının (RFİ) komandasının adı altında, bayraqsız və himnsiz oynamasına qərar verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin