Daha 2 azərbaycanlı taekvondoçu DÇ-də mübarizəyə qoşulur
Azərbaycanın daha iki taekvondoçusu bu gün Meksikanın Qvadalaxara şəhərində keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.
Komanda.az xəbər verir ki, kişilərin yarışında 68 kq çəki dərəcəsində çıxış edən Cavad Ağayev Tayland təmsilçisi Çayçon Ço ilə üz-üzə gələcək.
Rio-2016 Olimpiya Oyunlarının bürünc mükafatçısı, 49 kq çəkidə çıxış edən Patimat Abakarova yunanıstanlı Nektaria Anastasia Kokosi ilə görüşəcək.
Xatırladaq ki, ötən gün mübarizəyə qoşulan Taleh Süleymanov (87 kq) ilk qarşılaşmasında Serbiyanı təmsil edən Mehdi Khodabakhshiyə uduzub.
Xatırladaq ki, Azərbaycan yarışda 8 taekvondoçu ilə təmsil olunur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin