Dadaşovun vurduğu qol “Hatayspor”a bəs etmədi
Türkiyə Super Liqasında 13-cü tura start verilib.
Komanda.az xəbər verir ki, ilk gündə 4 görüş baş tutub.
“İstanbulspor” evdə “Hatayspor”a qalib gəlib. Hataylıların heyətində 90 dəqiqə meydanda olan Azərbaycan millisinin hücumçusu Renat Dadaşov komandasının yeganə qoluna imza atıb. O, 90+7-ci dəqiqədə sarı vərəqə də alıb.
“Qaziantep” “Ankaragücü” ilə ev oyunundan məğlub ayrılıb, “Konyaspor” isə “Kasımpaşa”ya qalib gəlib.
“Qalatasaray” da “Alanyaspor” ilə oyunda darmadağına sevinib.
Türkiyə Super Liqası
13-cü tur
25 noyabr
İstanbulspor – Hatayspor 2:1
Qollar: Loşay, 26. Mamadu, 79 – Dadaşov, 48-pen.
Qaziantep – Ankaragücü 0:1
Qol: A.Uludağ, 45+4.
Konyaspor – Kasımpaşa 2:0
Qollar: Çikalleşi, 64. Gilyerme, 77.
Qalatasaray – Alanyaspor 4:0
Qollar: İkardi, 37. Mertens, 45; 59. Zaha, 70.
26 noyabr
14:30. Kayserispor – Adana Dəmirspor
17:00. Antalyaspor – Rizəspor
17:00. Samsunspor – Beşiktaş
20:00. Fənərbaxça – Fatih Karagümrük
27 noyabr
21:00. Başakşəhər – Pendiskpor
21:00. Sivasspor – Trabzonspor
Bizi Facebook-da izləyin