
Dadaşovun qolu “Dinamo”ya bəs etmədi
Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Dinamo” (Berlin) Almaniyanın Şimal-Şərq Regional Liqasında növbəti oyununu keçirib.
Komanda.az xəbər verir ki, paytaxt təmsilçisi çempionatın 2-ci turunda “Altqlinikke” ilə qarşılaşıb.
Matç “Dinamo”nun 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb.
Meydana start heyətində çıxan Dadaşov 37-ci dəqiqədə komandasının yeganə qolunu vurub. O, 69-cu dəqiqdə əvəzlənib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin