Dadaşovun çıxış etdiyi çempionatda fasilə artırıldı
Koronavirus pandemiyası səbəbiylə dayandırılan ABŞ-ın 2-ci liqasında fasilə müddəti artırılıb.
Komanda.az xəbər verir ki, bu barədə turnirin rəsmi saytı məlumat verib.
Məlumatda, martın 13-dən başladılan fasilənin mayın 10-dək davam edəcəyi bildirilib. Ölkədə pandemiyaya görə 50 və daha çox insanın bir yerə toplaşmasına qadağa qoyulub.
Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşovun formasını geyindiyi “Feniks Rizinq” klubu da ABŞ-ın 2-ci liqasında mübarizə aparır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin