Dadaşovun komandasından məhsuldar heç-heçə

Azərbaycan yığmasının hücumçusu Renat Dadaşov Polşa çempionatında növbəti oyununu keçirib.

Komanda.az xəbər verir ki, onun çıxış etdiyi “Radomyak” “Puşa”nın qonağı olub.

Ekstraklasanın 29-cu turu çərçivəsində keçirilən qarşılaşmada qalib müəyyənləşməyib – 2:2. Renat məhsuldar heç-heçənin qeydə alındığı görüşün 65-ci dəqiqəsində meydana daxil olub.

“Radomyak” 35 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button