Dadaşovun komandasında yeni baş məşqçi

Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Ankaragücü” yeni baş məşqçisinin adını açıqlayıb.

Komanda.az xəbər verir ki, paytaxt klubu Kenan Koçakla anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

43 yaşlı mütəxəssislə 1+1 illik müqavilə imzalanıb. Türkiyəli mütəxəssis “Hannover”, “Sandhauzen”, “Manheym” klublarında baş məşqçi kimi çalışıb.

Dadaşov bu mövsüm “Ankaragücü”nün heyətində 5 matça çıxıb, 2 qol vurub və 1 ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button