Dadaşovun komandasına səfərdə 1 qol bəs etdi

Futbol üzrə ABŞ birinci liqasında 16-cı turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Finiks Rayzinq” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Oklend Ruts” ilə qarşılaşıb. “Finiks Rayzinq” bu oyundan qələbə ilə ayrılıb – 1:0.

Dadaşov da bu görüşün iştirakçısı olub. O, matçın 83-cü dəqiqəsində meydana buraxılıb.

Cari mövsümdə keçirdiyi 15 oyunda 35 xal toplayan “Finiks Rayzinq” hazırda zirvədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button