Dadaşovun komandasına qələbə üçün bir qol bəs etdi
Futbol üzrə ABŞ birinci liqasında 14-cü turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Finiks Rayzinq” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “San Dieqo Loyal”la qarşılaşıb. “Finiks Rayzinq” bu oyundan qələbə ilə ayrılıb – 1:0.
Dadaşov da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 66-cı dəqiqədə əvəzlənib.
Cari mövsümdə keçirdiyi 13 oyunda 29 xal toplayan “Finiks Rayzinq” hazırda zirvədə qərarlaşıb. Dadaşov isə bu mövsüm meydana çıxdığı 12 oyunda 3 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin