Dadaşovun komandası yenə uduzdu
Futbol üzrə Portuqaliya çempionatında 2-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Pasuş de Ferreyra” da növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Santa Klara” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.
Renat bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
Renat bu yay İngiltərənin “Vulverhempton” klubuna transfer olunsa da, “Pasuş de Ferreyra”ya 1 illik icarəyə verilib. Cari mövsümdə keçirdiyi hər iki oyunda məğlubiyyətlə üzləşən bu komanda hazırda 18 kollektiv arasında sonuncudur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin