Dadaşovun komandası yenə uduzdu

Futbol üzrə Almaniya 3-cü Liqasında 29-cu turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Proyssen” klubu da növbəti matçına çıxıb.

Futbolçumuzun komandası səfərdə “Vehen”lə qarşılaşıb. Münster klubu bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.

Rüfət də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Millimizin üzvü 87-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

Dadaşovun komandası 29 turdan sonra 38 xalla 12-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button