Dadaşovun komandası yenə uduzdu

Futbol üzrə Almaniya 3-cü Liqasında 28-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Proyssen” klubu da növbəti matçına çıxıb.

Futbolçumuzun komandası doğma meydanda Rostok “Hanza”sı ilə qarşılaşıb. Münster klubu bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.

Rüfət də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

Dadaşovun komandası 28 turdan sonra 38 xalla 11-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button