
Dadaşovun komandası yeni mövsümə heç-heçə ilə başladı
Futbol üzrə Almaniya 3-cü Bundesliqasında 2019/20 mövsümünə start verilib.
Komanda.az xəbər verir ki, mövsümün açılış oyununda Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Proyssen” klubu səfərdə “1860 Münhen” klubu ilə üz-üzə gəlib.
İki qolun qeydə alındığı qarşılaşmada qalib müəyyənləşməyib – 1:1. 32-ci dəqiqədə hesabı açan Münster klubu, 51-də penaltidən buraxdığı qolla heç-heçəyə razılaşıb.
Rüfət də bu görüşün iştirakçısı olub. O, 88-ci dəqiqədə meydana buraxılıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin