Dadaşovun komandası səfərdən 1 xalla döndü

Futbol üzrə ABŞ birinci liqasında 12-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Finiks Razinq” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Şarlott İndependens” ilə qarşılaşıb. “Finiks Razinq” bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

Dadaşov da bu görüşün iştirakçısı olub. O, 56-cı dəqiqədə meydana buraxılıb.

Cari mövsümdə keçridiyi 11 oyunda 23 xal toplayan “Finiks Razinq” hazırda zirvədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button