Dadaşovun komandası səfərdən əliboş döndü

Futbol üzrə Almaniya 3-cü Bundesliqasında 13-cü turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Proyssen” də növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə “İnqolştadt”la üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 2:3.

Rüfət də bu görüşün iştirakçısı olub. O, 78-ci dəqiqədə meydana buraxılıb. Cari mövsümdə 4 qol vuran millimizin forvardı bu oyunda fərqlənə bilməyib.

Münster klubu 13 turdan sonra 11 xalla 20 kollektiv arasında 18-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button