Dadaşovun komandası qələbəni əldən verdi
Türkiyə Super Liqasında 20-ci turun oyunları keçirilir.
Komanda.az xəbər verir ki, azərbaycanlı hücumçu Renat Dadaşovun formasını geyindiyi “Hatayspor” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv evdə “Pendikspor”la qarşılaşıb. Görüş heç-heçə yekunlaşıb – 1:1.
Dadaşov da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 63-cü dəqiqədə əvəzlənib.
“Hatayspor” hazırda 21 xalla 14-cü pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin