Dadaşovun komandası mövsümü məğlubiyyətlə başa vurdu
Futbol üzrə Almaniya 3-cü Liqasında mövsümə yekun vurulub.
Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Proyssen” klubu da sonuncu matçına çıxıb.
Futbolçumuzun komandası 38-ci tur çərçivəsində səfərdə “Zviçkau” ilə qarşılaşıb. Münster klubu bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.
Rüfət də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 57-ci dəqiqədə əvəzlənib.
Dadaşovun komandası mövsümü 52 xalla 20 kollektiv arasında 8-ci pillədə başa vurub. Millimizin forvardı çempionat ərzində 31 oyuna çıxıb, 8 qola imza atıb, 6 oyunda sarı vərəqə ilə cəzalanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin