Dadaşovun komandası mövsümü “bürünc”lə başa vurdu

Futbol üzrə Portuqaliya Sequndasında mövsümə yekun vurulub.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının futbolçusu Renat Dadaşovun formasını geyindiyi “Eştoril” də sonuncu matçına çıxıb.

Sözügedən kollektiv 34-cü tur çərçivəsində doğma meydanda “Famalikao” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1.

Cəzalı olan Dadaşov sonuncu oyunun iştirakçısı olmayıb. O, mövsüm ərzində 22 oyuna çıxıb, 4 qol vurub. İntizamsızlığı ilə seçilən forvard 4 dəfə sarı vərəqə alıb, iki dəfə isə meydandan qovulub.

“Eştoril” mövsümü 54 xalla 18 kollektiv arasında 3-cü pillədə başa vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button