Dadaşovun komandası kubokda heç-heçə etdi
Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun çıxış etdiyi “Ankaragücü” Türkiyə kubokunda növbəti oyununu keçirib.
Komanda.az xəbər verir ki, paytaxt təmsilçisi B qrupundakı ilk matçında “İskenderunspor”la üz-üzə gəlib. Oyun heç-heçə başa çatıb – 1:1.
Dadaşov və U-19 millimizin üzvü Həsən Nəzərli matça ilk “11-lik”də başlayıblar və sonadək meydanda olublar.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin