
Renatın komandası evdə xal itirdi
Futbol üzrə Portuqaliya çempionatında 27-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı hücumçu Renat Dadaşovun formasını geyindiyi “Tondela” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Aruka” ilə qarşılaşıb. Dadaşovun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 2:2.
Renat da bu görüşün iştirakçısı olub. O, 8-ci dəqiqədə meydana buraxılıb.
Hazırda 22 xalı olan “Tondela” 18 komanda arasında 16-cı pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin