Dadaşovun komandası darmadağına üzüldü
Futbol üzrə Almaniya 3-cü Liqasında 27-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Proyssen” klubu da növbəti matçına çıxıb.
Futbolçumuzun komandası səfərdə Kotbus “Enerji”si ilə qarşılaşıb. Münster klubu bu oyundan məğlubiyyətlə ayrılıb – 0:3.
Rüfət də bu görüşün iştirakçısı olub. O, 80-ci dəqiqədə meydana buraxılıb.
Dadaşovun komandası 26 turdan sonra 38 xalla 8-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin