Dadaşovun komandası aşağı liqaya düşdü

Futbol üzrə Portuqaliya çempionatında mövsümə yekun vurulub.

Komanda.az xəbər verir ki, azərbaycanlı hücumçu Renat Dadaşovun formasını geyindiyi “Tondela” da sonuncu matçına çıxıb.

Sözügedən kollektiv 34-cü tur çərçivəsində doğma meydanda “Boavişta” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 2:2.

Renat da bu görüşün iştirakçısı olub. O, 59-cu dəqiqədə meydana buraxılıb.

“Tondela” 34 turda topladığı 28 xalla 18 kollektiv arasında 17-ci yeri tutub və aşağı liqaya düşüb. Millimizin hücumçusu geridə qalan mövsümdə Portuqaliya çempionatında meydana çıxdığı 30 oyunda cəmi 2 qol vurmağı bacarıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button