Dadaşovun komanda yoldaşı karantin qaydalarını pozdu
İngiltərənin “Vulverhempton” klubunun U-23 komandasının futbolçusu Morqan Gibs-Uayt karantin qaydalarına əməl etməyib.
Komanda.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi izolyasiya qaydalarını pozaraq evində əyləncə təşkil edib və görüntüləri sosial şəbəkədə paylaşıb.
Məclisdə ölkədə yayımlanan realiti-şou iştirakçıları ilə yanaşı, onlarla insan iştirak edib.
Bir müddət öncə koronavirusla mübarizə çərçivəsində #evdəqal aksiyasına qoşulan ingiltərəli oyunçunun hərəkəti birmənalı qarşılanmayıb. Buna görə tənqid hədəfinə çevrilən Gibs-Uayt videonu silmək məcburiyyətində qalıb.
Qeyd edək ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşov da “Vulverhempton”un U-23 komandasının üzvüdü.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin