Dadaşovun dublu “Şalke”yə bəs etmədi

Futbol üzrə Almaniyanın Qərb Regional Liqasında 32-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Şalke” klubunun ikinci komandası da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Boxolt”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 2:4.

Rüfət də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Komandasının hər iki qolunu da Dadaşov vurub. O, 22-ci və 52-ci (penaltidən) dəqiqələrdə fərqlənib.

“Şalke”nin ikinci komandası hazırda 45 xalla 18 kollektiv arasında 9-cu pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button