Dadaşovun dublu “Hatayspor”a qələbə qazandırdı
Türkiyə Super Liqasında 8-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı hücumçu Renat Dadaşovun formasını geyindiyi “Hatayspor” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Konyaspor”la qarşılaşıb. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsiylə yekunlaşıb.
Dadaşov da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 78-ci dəqiqədə əvəzlənib. Komandasının ilk iki qolunu da Renat vurub. O, 22-ci dəqiqədə penaltidən, 55-ci dəqiqədə isə başla fərqlənib. Millimizin hücumçusu 31-ci dəqiqədə sarı vərəqə də alıb.
“Hatayspor” 8 turdan sonra 14 xalla 20 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin