Dadaşovun dublu “Dinamo”ya qələbə qazandırdı

Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Dinamo” (Berlin) Almaniyanın Şimal-Şərq Regional Liqasında növbəti oyununu keçirib.

Komanda.az xəbər verir ki, paytaxt təmsilçisi çempionatın 5-ci turunda “Jena” ilə qarşılaşıb.

Matç “Dinamo”nun 2:1 hesablı əzmkar qələbəsi ilə başa çatıb.

Meydana start heyətində çıxan Dadaşov 77-ci dəqiqədə əvəzlənib. Komandasının hər iki qolunu Rüfət vurub. O, 34 və 37-ci dəqiqələrdə fərqlənib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button