Dadaşovsuz “Şalke” səfərdən məğlub döndü

Futbol üzrə Almaniyanın Qərb Regional Liqasında 8-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Şalke”nin ikinci komandası da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Rot-Vays Essen”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.

Rüfət bu oyunun iştirakçısı olmayıb. Xəstəlik səbəbindən son oyunları da buraxmış millimizin sabiq hücumçusunun adı bu qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib.

“Şalke 2” bu nəticədən sonra 10 xalla 20 kollektiv arasında 11-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button