Dadaşovsuz “Şalke” səfərdə xal itirdi
Futbol üzrə Almaniyanın Qərb Regional Liqasında 17-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Şalke” klubunun ikinci komandası da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə Mönhenqladbax “Borussiya”sının ikinci komandası ilə qarşılaşıb. Tərəflər bu oyundan hərəyə 1 qol və 1 xalla ayrılıblar.
Cari mövsümdə 5 qol vurmuş Dadaşov bu görüşün iştirakçısı olmayıb. Ötən tur ağır zədə alan futbolçunun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.
“Şalke”nin ikinci komandası hazırda 26 xalla 18 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin