Dadaşovsuz “Şalke” doğma meydanda uduzdu
Futbol üzrə Almaniyanın Qərb Regional Liqasında 33-cü turun oyunları keçirilir.
Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Şalke”nin ikinci komandası da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Proyssen Münster”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyunda məğlubiyyətlə ayrılıb – 0:2.
Rüfət bu oyunun iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
“Şalke 2” bu nəticədən sonra 35 xalla 20 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin