
Dadaşovsuz darmadağın
Futbol üzrə Portuqaliya çempionatında yeni mövsümə start verilib.
Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun yeni komandası – “Pasuş de Ferreyra” da 2019/20 mövsümündə ilk matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Benfika” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan ağır məğlubiyyətlə ayrılıb – 0:5.
Renat bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
Qeyd edək ki, Renat bu yay İngiltərənin “Vulverhempton” klubuna transfer olunsa da, “Pasuş de Ferreyra”ya 1 illik icarəyə verilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin