Dadaşovlu “Tondela” tam tərkibdə karantinə alındı – kütləvi yoluxmaya görə

Portuqaliyanın “Tondela” komandasında koronavirusa kütləvi yoluxma qeydə alınıb.

Komanda.az xəbər verir ki, bu barədə elita təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Belə ki, baş məşqçi Pako Ayestaran, həmçinin futbolçulardan Salvador Aqra, Manu Hernando, Babakar Niasse, Rikardo Alves və Pedro Trikeyranın koronavirus testi müsbət çıxıb.

Bu üzdən komanda tam tərkibdə karantinə alınıb. Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun da formasını geyindiyi bu klub, yerli səhiyyə idarəsinin müvafiq tələbi ilə təcrid qərarı alıb. Hazırda klub rəhbərliyi səhiyyə idarəsindən gələcək yeni xəbərləri gözləməkdədir.

Müqavilə ilə İngiltərənin “Vulverhempton” klubuna məxsus olan Renat Dadaşov bu ilin iyulundan icarə əsasında “Tondela”da çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button