
Dadaşovlu “Tondela” səfərdən xalsız döndü
Futbol üzrə Portuqaliya çempionatında 30-cu turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı hücumçu Renat Dadaşovun formasını geyindiyi “Tondela” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Moreyrense” ilə qarşılaşıb. Renatın komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.
Renat da bu görüşün iştirakçısı olub. O, 61-ci dəqiqədə meydana buraxılıb.
Hazırda 25 xalı olan “Tondela” 18 komanda arasında 17-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin