
Dadaşovlu “Şalke”dən darmadağın
Futbol üzrə Almaniya ikinci Bundesliqasında 17-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı hücumçu Rüfət Dadaşovun komandası – “Şalke” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Nürnberq”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 4:1.
Rüfət də bu görüşün iştirakçısı olub. O, 89-cu dəqiqədə meydana buraxılıb.
“Şalke”nin əsas komandası bu mövsüm ikinci Bundesliqada keçirdiyi 17 oyunda 29 xal toplayıb və 18 kollektiv arasında 3-cüdür.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin