Dadaşovlu “Şalke” səfərdən 1 xalla döndü
Futbol üzrə Almaniyanın Qərb Regional Liqasında 20-ci turdan təxirə salınmış oyun keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Şalke” klubunun ikinci komandası da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Lippştadt”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.
Rüfət də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.
“Şalke”nin ikinci komandası bu nəticədən sonra 35 xalla 18 kollektiv arasında 8-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin