Dadaşovlu “Şalke” doğma meydanda xalsız qaldı

Futbol üzrə Almaniyanın Qərb Regional Liqasında 6-cı turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Şalke”nin ikinci komandası da növbəti matçına çıxıb.

Sözügedən kollektiv evdə “Kaan-Marienborn”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.

Rüfət də bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 64-cü dəqiqədə əvəzlənib.

“Şalke”nin ikinci komandası 6 turdan sonra 7 xalla 18 kollektiv arasında 10-cu pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button