Dadaşovlu “Şalke” böyük hesabla uduzdu

Futbol üzrə Almaniyanın Qərb Regional Liqasında 17-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Şalke”nin ikinci komandası da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Oberhauzen”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:4.

Rüfət də bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

“Şalke 2” bu nəticədən sonra 16 xalla 20 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button