Dadaşovlu “Eştoril” evdə xal itirdi


Futbol üzrə Portuqaliya Sequndasında 16-cı turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının futbolçusu Renat Dadaşovun formasını geyindiyi “Eştoril” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Aroka”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

Dadaşov da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 67-ci dəqiqədə əvəzlənib. Millimizin forvardı 26-cı dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

“Eştoril” 16 oyuna topladığı 30 xalla 18 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button