
Dadaşovlu “Dinamo” səfərdən 1 xalla döndü
Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Dinamo” (Berlin) Almaniyanın Şimal-Şərq Regional Liqasında növbəti oyununu keçirib.
Komanda.az xəbər verir ki, paytaxt təmsilçisi çempionatın 6-cı turunda “Qrayfsvald”la qarşılaşıb.
Matç qolsuz başa çatıb – 0:0. Meydana start heyətində çıxan Dadaşov sonadək oynasa da, bu dəfə fərqlənə bilməyib.
“Dinamo” hazırda 11 xalla 6-cı pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin