Dadaşovlu “Dinamo” səfərdə uduzdu
Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Dinamo” (Berlin) Almaniyanın Şimal-Şərq Regional Liqasında növbəti oyununu keçirib.
Komanda.az xəbər verir ki, paytaxt təmsilçisi çempionatın 27-ci turu çərçivəsində “Lukkenvalde” ilə qarşılaşıb və səfərdən əliboş qayıdıb – 0:2.
Meydana start heyətində çıxan Dadaşov sonadək oynayıb.
“Dinamo” hazırda 53 xalla 2-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin