Dadaşov yenidən Çempionşip klubunun hədəfində

Bir müddət əvvəl İngiltərənin “Vulverhempton” klubunun şərəfini qoruyan Azərbaycan miillisinin üzvü Renat Dadaşovun “Koventri”nin hədəfində olduğunu xəbər vermişdik.

Komanda.az xəbər verir ki, Dadaşov yenidən Çempionşip klubunun hədəfindədir. Bu barədə “Vavel” nəşri məlumat yayıb.

Məlumata görə, “Koventri” “Arsenal”dan Ben Şifin keçidini həll edə bilməsə, “Vulverhempton”dan Dadaşov və Ouen Otasovini icarəyə götürməyə çalışacaq.

“Koventri”nin Dadaşov üçün daha əvvəlki cəhdində klublar arasında razılıq əldə edilməmişdi.

2019-cu ildən “Vulverhempton”da çıxış edən 21 yaşlı Renat, əsas komandada debüt etməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button